KİV: Bunun müqabilində Paşinyan Ermənistan məhsullarına qarşı tətbiq edilən məhdudiyyətlərin dayandırılmasını istəyib

2026/06/1781842898.jpg
Oxunub: 224     08:10     19 İyun 2026    
“Baş nazir Nikol Paşinyan hökumətin son iclasında Avrasiya İqtisadi Birliyində yaranmış problemlərin həlli istiqamətində iş aparılacağını bəyan edib. Lakin Ermənistan mətbuatında bununla bağlı fərqli iddialar da səsləndirilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.

Nəşrin iddiasına görə, Paşinyan Rusiya tərəfindən tətbiq olunan məhdudiyyətlərin Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracağını nəzərə alaraq, qeyri-rəsmi kanallarla Rusiya rəhbərliyinə ilin sonuna qədər Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyi seçimi ilə bağlı referendum keçirməyi təklif edib.

Qeyd olunur ki, həmin referendumun konstitusiya dəyişiklikləri ilə bağlı səsvermə ilə eyni vaxtda keçirilməsi də nəzərdən keçirilib.

“Paşinyan hər iki məsələdə məğlub ola biləcəyini proqnozlaşdırır və belə bir halda baş nazir vəzifəsini Ermənistanı Avrasiya İqtisadi Birliyində təmsil etmək təcrübəsinə malik olan Mher Qriqoryana verməyə hazır olduğunu bildirib.

Bu ssenari bir tərəfdən Avropa İttifaqı ilə yaxınlaşma siyasətinin dondurulmasını, digər tərəfdən isə Türkiyə və Azərbaycanın tələblərinin qəbul edilməməsini nəzərdə tutur”, - deyə nəşr vurğulayıb.

İddia olunur ki, bunun müqabilində Paşinyan Ermənistan məhsullarına qarşı tətbiq edilən məhdudiyyətlərin dayandırılmasını istəyib, özü üçün isə hazırkı prezident Vahaqn Xaçatryanın tutduğu vəzifəni nəzərdə tutub.

“Lakin məhdudiyyətlərin nəinki ləğv edilmədiyi, hətta daha da sərtləşdirildiyi və Rusiya Prezidenti tərəfindən Paşinyanın təbrik edilmədiyi nəzərə alınarsa, onun təklifinin Moskvada müsbət qarşılanmadığı qənaəti formalaşır”, - deyə qəzet qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin