Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hakim komanda daxilində Ermənistan prezidenti vəzifəsi uğrunda yenidən gizli rəqabət müşahidə olunur.
Məqalədə bildirilir ki, hazırkı prezident Vahaqn Xaçatryanın ciddi sağlamlıq problemlərinin olduğu barədə məlumatlar yayılıb. Bəzi dairələr onun səlahiyyət müddətinin sonuna qədər vəzifəsini icra edə bilməyəcəyini düşünürlər.
“Məhz bu səbəbdən hələ boşalmamış prezident postuna maraq göstərən şəxslərin sayı artır. Bu, heç nə etmədən yüksək əməkhaqqı almağı və ilboyu müxtəlif səfərlərdə olmağı sevənlər üçün olduqca cəlbedici vəzifədir”, - deyə nəşr yazıb.
Məqalədə xatırladılır ki, Vahaqn Xaçatryan 2022-ci ildə yeddi il müddətinə Ermənistan prezidenti seçilib.
Nəşrin iddiasına görə, onun yerinə əsas namizədlər sırasında baş nazir aparatının rəhbəri Arayik Harutyunyan, parlament sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan göstərilir.
“Əvvəlki prezident seçkiləri zamanı da Arayik Arutyunyanın namizədliyi müzakirə olunub. Lakin həmin vaxt hakim komanda onun prezident seçilməsinə qəti şəkildə qarşı çıxıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az