Rusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb

2026/03/1774157271.jpg
Oxunub: 184     11:37     14 İyun 2026    
Rusiyanın Yaroslavl vilayətində dronlar yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub, nəticədə yanğın baş verib.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu regionun qubernatoru Mixail Yevrayev açıqlayıb.

"Pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub, lakin yanacaq saxlanılan sənaye obyektlərinə zərbə dəyib. Yanğını xüsusi xidmət orqanları söndürür. Xəsarət alan yoxdur", - region rəhbəri qeyd edib.

O, həmçinin bildirib ki, Yaroslavldan çıxışda Moskva istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin