Macarıstan HHQ İsrail sərnişin təyyarəsini müşayiət etmək üçün qırıcılarını havaya qaldırıb

2026/06/1781374858.jpg
Oxunub: 204     22:14     13 İyun 2026    
Macarıstan Hərbi Hava Qüvvələri İsrailin “Arkia Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə dispetçerlər arasında əlaqənin kəsilməsindən sonra qırıcı təyyarələri havaya qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, “Airbus A321” təyyarəsi Təl-Əviv - Praqa reysini yerinə yetirirdi. Təyyarə Macarıstan hava məkanına daxil olduqdan sonra ekipajla əlaqənin itirilməsi səbəbindən iki ədəd JAS 39 “Gripen” qırıcısı havaya qaldırılıb.

Bildirilib ki, prosedura çərçivəsində NATO-nun ən yüksək həyəcan səviyyəsi elan olunub.

Ekipajla əlaqə bərpa edildikdən sonra təyyarə uçuşunu davam etdirərək təyinat məntəqəsinə təhlükəsiz şəkildə çatıb. Hadisə nəticəsində sərnişinlər və ekipaj üzvləri üçün heç bir problem yaranmayıb.

“Arkia Airlines” şirkətindən bildirilib ki, hadisə ilə bağlı daxili araşdırma aparılır. Şirkətin açıqlamasında ekipajın təsdiq edilmiş uçuş planına və müəyyən olunmuş marşrutlara uyğun hərəkət etdiyi qeyd olunub.

Aviaşirkət həmçinin vurğulayıb ki, uçuşun heç bir mərhələsində təyyarə, sərnişinlər və ya ekipaj üzvləri üçün təhlükə yaranmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   İsrail   Təyyarə  


Bizi "telegram"da izləyin