İran və ABŞ rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər - KİV

2026/06/1781412821.jpg
Oxunub: 210     01:12     14 İyun 2026    
İran və ABŞ-ın yüksək vəzifəli rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə "BFMTV" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

"Telekanalın məlumatına görə, ABŞ və İranın iki yüksək vəzifəli nümayəndəsi arasında üzbəüz görüş gələn həftə İsveçrədə keçirilməlidir", - deyə bildirilib.

Bundan əlavə, telekanalın məlumatına əsasən, Pakistanın xarici işlər naziri İshaq Dar bu danışıqlara hazırlıq məqsədilə yaxın vaxtlarda İsveçrəyə səfər etməyi planlaşdırır.

Telekanal ABŞ və İranı məhz hansı şəxslərin təmsil edəcəyini açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin