"Fars": İranın neft tankeri blokada xəttini keçərək Oman körfəzinə daxil olub

2026/05/1779686410.jpg
Oxunub: 218     22:02     13 İyun 2026    
İranın nəhəng neft tankeri ABŞ-nin blokadasını keçib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı "TankerTrackers"ə istinadən "Fars" xəbər agentliyi yayıb.

"İranla əlaqəli nəhəng neft tankeri blokada xəttini keçərək Oman körfəzinə daxil olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bununla da İranın neft saxlama tutumuna təxminən 2 milyon barel əlavə ediləcək: "Ekspertlər məhdudiyyətlərin tətbiq edildiyi vaxtdan bəri vurğulayırdılar ki, ABŞ-nin blokadasını hərbi əməliyyatlarla yarmaq lazımdır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması ilə bağlı memorandumun sabah imzalanacağını və həmin andan Hörmüz boğazının açılacağını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Oman  


Bizi "telegram"da izləyin