BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək

2026/06/1781412361.jpg
Oxunub: 229     03:16     14 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron iyunun 17-də Versal sarayında Ağ Ev rəhbəri Donald Tramp üçün təntənəli qəbul təşkil edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən BFMTV telekanalı məlumat yayıb.

Qəbul ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə keçiriləcək.

"Versal sarayı Fransa-Amerika dostluğunun mühüm simvolu hesab olunur, çünki 1783-cü ildə Birləşmiş Ştatların müstəqilliyini təsbit edən müqavilə orada imzalanıb", - Fransa liderinin administrasiyasından bildirilib.

Qeyd edək ki, Tramp iyunun 15-dən 17-dək Evian-le-Bən kommunasında (Yuxarı Savoyya departamenti) keçiriləcək G7 sammitində iştirak etmək məqsədilə Fransaya səfər etməyə hazırlaşır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Versal   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin