Qətər ABŞ və İran arasında danışıqlarda Pakistanın vasitəçilik rolunu dəstəkləyib

2026/04/1776939204.jpg
Oxunub: 199     22:17     13 İyun 2026    
Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında İslamabadın ABŞ ilə İran arasında aparılan danışıqlardakı vasitəçilik səylərinə dəstəyini ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qətər tərəfinin açıqlamasına görə, Al Tani danışıqlar prosesində əldə olunan irəliləyişdən “böyük məmnunluq” duyduğunu bildirib.

Məlumata əsasən, Pakistanın məsləhətləşmələrin gedişi ilə bağlı təqdim etdiyi məlumatlar Vaşinqton və Tehran arasında sazişin yaxın vaxtlarda imzalanacağına ümid yaradır.

Qətərin Baş naziri Pakistanın vasitəçilik roluna tam dəstəyini bir daha təsdiqləyib və bütün tərəflərin diplomatik səylərə konstruktiv yanaşmasının vacibliyini vurğulayıb.

O qeyd edib ki, bu səylər hərtərəfli razılaşmanın əldə edilməsinə və regionda sabit sülhün təmin olunmasına yönəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   ABŞ   İran   Pakistan  


Bizi "telegram"da izləyin