Britaniya və ABŞ liderləri İranla bağlı mümkün razılaşmanı müzakirə ediblər

2026/06/1781414224.jpg
Oxunub: 235     09:08     14 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər İranla münaqişənin nizamlanması istiqamətində görülən səyləri və mümkün sülh razılaşmasını müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə CNN Böyük Britaniya Baş nazirinin ofisinə istinadən məlumat yayıb.

Dauninq Stritin rəsmi açıqlamasında bildirilib ki, Starmer istənilən mümkün razılaşmanın “sabit və uzunmüddətli sülhü” təmin etməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı Böyük Britaniyanın Baş naziri ölkəsinin mümkün sülh sazişinin həyata keçirilməsinə dəstək verməyə və onun icrasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazır olduğunu qeyd edib.

Liderlər gələn həftə keçiriləcək G7 sammiti ərəfəsində əlaqəni davam etdirmək barədə də razılığa gəliblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ   İran  


Bizi "telegram"da izləyin