Ermənistan İnzibati Məhkəməsi “Çiçəklənən Ermənistan” Partiyasının iddialarını rədd edib

2026/06/1781414313.jpg
Oxunub: 196     09:13     14 İyun 2026    
Ermənistanda İnzibati Məhkəmə “Çiçəklənən Ermənistan” Partiyasının Mərkəzi Seçki Komissiyasına qarşı qaldırdığı iddiaları rədd edib. Bununla yanaşı, məhkəmə seçki pozuntularının olduğunu və təkrar səsvermənin keçirilməsinin zəruriliyini qeyd edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak.am” nəşri məlumat yayıb.

Erməni vəkil Aram Orbelyan bildirib ki, hakim Artur Avaqyan iddianı rədd etsə də, qərarında pozuntuların qeydə alındığını və təkrar səsvermə keçirilməsinin vacibliyini vurğulayıb.

Məhkəmə qərarında qeyd olunub ki, Seçki Məcəlləsinin 95-ci maddəsinin 1-ci hissəsinə əsasən, parlament seçkilərinin nəticələrinin yekunlaşdırılması mərhələsində Mərkəzi Seçki Komissiyası ayrı-ayrı seçki məntəqələrində təkrar səsvermə təyin etmək səlahiyyətinə malikdir.

Qərarda vurğulanıb ki, sözügedən norma mövcud iş üzrə birbaşa tətbiq olunmasa da, Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrini yekunlaşdırarkən bu iş üzrə müəyyən edilmiş pozuntular nəzərə alınmaqla ayrıca seçki məntəqəsində təkrar səsvermənin keçirilməsi barədə qərar qəbul etməli olacaq.

Xatırladaq ki, erməni oliqarx Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvə iki seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarlarından məhkəməyə şikayət etmişdi.

Partiya iddia edib ki, etibarsız hesab edilən məntəqələr məhz onun ən çox səs topladığı seçki məntəqələri olub.

Ermənistan Mərkəzi Seçki Komissiyasının bu gün seçkilərin yekun nəticələrini açıqlayacağı gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məhkəmə   Seçki  


Bizi "telegram"da izləyin