Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Aksiya iştirakçıları Belfastın mərkəzində toplaşaraq irqçilik və zorakılığa qarşı plakatlar qaldırıblar, cəmiyyətdə sakitliyin və birliyin qorunmasına çağırış ediblər.
Mitinq şəhərdə bıçaqlı hücum hadisəsindən sonra baş verən küçə iğtişaşlarına reaksiya olaraq təşkil olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bir nəfərin yaralandığı hücum hadisəsi etirazlara, polis ilə toqquşmalara və şəhərin müxtəlif məhəllələrində vandalizm hallarına səbəb olub.
İrqçiliyə qarşı aksiyanın iştirakçıları bəyan ediblər ki, zorakılıq və irqi zəmində hücumlar şəhər sakinlərinin əksəriyyətinin mövqeyini əks etdirmir. Onlar gərginliyin daha da artırılmasına son qoyulmasına çağırıblar.
Polisin məlumatına görə, əvvəlki iğtişaşlar zamanı bir neçə nəfər saxlanılıb. Hakimiyyət orqanları yeni insidentlərin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib.
Sevinc Əliyeva
Ordu.az