“Fox News”: ABŞ administrasiyası hesab edir ki, İran Hörmüz boğazını tranzit rüsumu olmadan açacaq

2026/01/1769008045.jpg
Oxunub: 262     12:44     14 İyun 2026    
ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib ki, Vaşinqton İranla çərçivə razılaşmasının formalaşdığını hesab edir və bu razılaşmaya əsasən Tehran Hörmüz boğazını yenidən tranzit ödənişləri olmadan açmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Rəsminin sözlərinə görə, razılaşma çərçivəsində ABŞ İran limanlarına tətbiq olunan blokadanı aradan qaldıracaq.

“Biz hesab edirik ki, razılaşma əldə olunub. Bu, əla və çox güclü razılaşmadır”, - deyə ABŞ rəsmisi telekanala müsahibəsində bildirib.

Administrasiya nümayəndəsinin sözlərinə görə, İran strateji su yolunu yenidən “heç bir rüsum tətbiq etmədən” açmalıdır. Bu tələb ABŞ-nin aylardır davam edən münaqişəni başa çatdırmaq məqsədilə aparılan danışıqlardakı əsas şərtlərindən biridir.

Rəsmi əlavə edib ki, boğazın açılması ilə eyni vaxtda ABŞ tərəfindən tətbiq olunan blokada da ləğv ediləcək.

Onun sözlərinə görə, növbəti mərhələ akvatoriyanın minalardan təmizlənməsi işlərinə həsr olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   İran  


Bizi "telegram"da izləyin