Ordu.az xəbər verir ki, bu barədə CNBC və “Reuters” ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Qətər, Misir və BƏƏ rəhbərləri ilə görüşlər keçirəcək. Narendra Modi ilə danışıqlar zamanı isə ABŞ ilə Hindistan arasında ticarət münasibətlərinin inkişafı müzakirə olunacaq.
Bildirilib ki, sammit çərçivəsində konkret ticarət sazişinin imzalanması gözlənilmir. Bununla belə, hər iki tərəf mümkün ticarət razılaşması istiqamətində irəliləyiş əldə olunmasında maraqlıdır.
Mənbələrin sözlərinə görə, texniki məsləhətləşmələr sammitdən sonra da davam etdiriləcək.
Həmçinin qeyd olunub ki, ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir gələn həftə danışıqları davam etdirmək üçün Hindistana səfər edəcək.
Vaşinqton hesab edir ki, mümkün sazişin əldə olunması real olaraq qalır, lakin bunun üçün əlavə işləmələr tələb olunur.
Məlumata görə, G7 sammitində enerji təhlükəsizliyi, təchizat zəncirlərinin dayanıqlılığı və digər geniş iqtisadi-geosiyasi məsələlər də müzakirə ediləcək.
Bununla yanaşı, ABŞ-Hindistan və ABŞ-Kanada-Meksika formatlarında aparılan müzakirələr daxil olmaqla, ticarət sazişləri üzrə ciddi irəliləyişlərin əldə olunacağı gözlənilmir.
Sevinc Əliyeva
Ordu.az