“Kapitulyasiya sənədi”: Demokratlar Trampın İranla sülh razılaşmasına qarşı çıxıblar

2026/06/1781208877.jpg
Oxunub: 247     09:54     14 İyun 2026    
ABŞ Demokratlar Partiyasının nümayəndələri Prezident Donald Trampın daha əvvəl elan etdiyi ABŞ-İran sülh razılaşması ilə bağlı skeptik mövqe nümayiş etdiriblər.

Ordu.az xəbər verir ki, demokrat siyasətçilər mümkün razılaşmanın nəticələrini və onun ölkə üçün faydasını sual altına alıblar.

Kaliforniya ştatından senator Adam Şiff “X” sosial şəbəkəsində paylaşım edərək münaqişənin başa çatacağına ümid etdiyini, lakin Trampın əvvəlki vədlərini də xatırlatdığını bildirib.

“Prezident deyir ki, müharibə başa çatıb. Ümid edirəm ki, o haqlıdır. Lakin biz buna bənzər açıqlamaları və yerinə yetirilməmiş çoxsaylı vədləri əvvəllər də eşitmişik”, - deyə Şiff qeyd edib.

Senatorun sözlərinə görə, Tramp administrasiyasının fəaliyyəti yeni hərbi münaqişələrə və əlavə maliyyə xərclərinə səbəb olub.

Mümkün razılaşmanı tənqid edənlər arasında konqresmen Set Multon da var. O, “MS Now” telekanalına müsahibəsində ehtimal olunan sazişi “əslində kapitulyasiya sənədi” adlandırıb.

“Bu, dəhşətli razılaşmadır. Əslində bu, Donald Trampın İranın ali lideri qarşısında kapitulyasiya sənədidir. Bu müharibəyə artıq vergi ödəyicilərinin 100 milyard dollar vəsaiti xərclənib, 14 amerikalı həlak olub. Nəticədə isə biz yalnız Trampın mənasız hesab etdiyim müharibəyə başlamasından əvvəl də açıq olan boğazın yenidən açılmasını nəzərdə tutan bir razılaşma əldə edirik. Bunu necə qələbə hesab etmək olar?”, - deyə Multon bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Demokratlar   Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin