Floridada helikopter təyyarəyə çırpılıb, xəsarət alanlar var

2025/11/1764485453.jpg
Oxunub: 223     07:21     14 İyun 2026    
ABŞ-də, Florida ştatının Pembrok-Payns şəhərindəki Nort-Perri hava limanında helikopter qəzaya uğrayıb, nəticədə dörd nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə "NBC6" yanğınsöndürmə idarələrinə istinadən məlumat yayıb.

Federal Aviasiya Administrasiyası (FAA) bildirib ki, "Robinson R44" vertolyotu havaya qalxmağa çalışarkən qəzaya uğrayıb. Qəzadan sonra helikopter çevrilib və yaxınlıqdakı təyyarəyə dəyib.

Nəticədə helikopter orta dərəcədə zədələnib.

Vurğulanıb ki, bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onların xəsarətləri həyati təhlükə yaratmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Florida   ABŞ   Helikopter  


Bizi "telegram"da izləyin