Ermənistan Mərkəzi Seçki Komissiyası təkrar səsvermə ilə bağlı qərar qəbul etməli olacaq

2026/06/1781414350.jpg
Oxunub: 198     09:16     14 İyun 2026    
Ermənistanın İnzibati Məhkəməsi “Çiçəklənən Ermənistan” Partiyasının Mərkəzi Seçki Komissiyasına qarşı qaldırdığı iddialara baxaraq qərara gəlib ki, komissiya təkrar səsvermə ilə bağlı qərar qəbul etməli olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

İş üzrə erməni vəkillərin sözlərinə görə, məhkəmə iddianı rədd etsə də, problemin həlli üçün Ermənistan Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərinin kifayət etdiyini vurğulayıb.

Məhkəmə qərarında qeyd edilib ki, parlament seçkilərinin nəticələrinin yekunlaşdırılması prosesində Ermənistan Mərkəzi Seçki Komissiyası ayrı-ayrı seçki məntəqələrində təkrar səsvermə təyin etmək hüququna malikdir.

Qərara əsasən, sözügedən norma bu iş üzrə birbaşa tətbiq edilməsə də, komissiya iş üzrə müəyyən edilmiş pozuntular nəzərə alınaraq ayrıca seçki məntəqəsində təkrar səsvermə keçirilməsi barədə qərar qəbul etməyə məcbur olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Seçki  


Bizi "telegram"da izləyin