Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb

2026/05/1779768538.jpg
Oxunub: 156     22:51     13 İyun 2026    
Livanda İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 3 756-ya yüksəlib, 11 632 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Qurumun məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda və şərqində "Hizbullah"ın obyektlərinin yerləşdiyi yaşayış məntəqələrinə hücumları davam etdirir.

Vurğulanıb ki, son 48 saat ərzində həmin regionlarda 45 nəfər həlak olub və 149 şəxs yaralanıb.

Qeyd olunub ki, intensiv bombardmanlara məruz qalan Nəbatiyyə şəhərində və onun ətrafında xilasetmə işləri davam edir və günün sonuna qədər qurbanların və xəsarət alanların sayı arta bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin