Xameneyinin müşaviri: “ABŞ prezidenti bombalarla bataqlıqdan çıxacağını düşünür”

2026/06/1781191437.jpg
Oxunub: 196     19:20     11 İyun 2026    
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ABŞ prezidentinin İranla bağlı siyasətini sərt tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə Möhsün Rzayi “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ABŞ prezidenti yaratdığı vəziyyətdən bombalar vasitəsilə çıxacağını düşünür. Rzayinin sözlərinə görə, İran raketləri Vaşinqtonu daha da çətin vəziyyətə salacaq.

“Vaşinqton İranın şərtlərini qəbul etmək və ya dünyadakı nüfuzunun son qalıqlarını itirmək arasında seçim etməlidir”, - deyə o qeyd edib.

Məlumata görə, ABŞ ötən gecə yenidən İran ərazisinə zərbələr endirib. Daha sonra ABŞ prezidenti İran tərəfinin Amerika hücumlarının dayandırılması üçün müraciət etdiyini iddia edib.

Bunun ardınca Donald Tramp ABŞ-nin “çox da uzaq olmayan gələcəkdə” Xarq adasını və İranın digər neft infrastrukturu obyektlərini nəzarətə götürəcəyini bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin