İsrail ordusu Livanın Vadi Saluki bölgəsini nəzarətə götürüb

2026/04/1775073068.jpg
Oxunub: 251     20:01     11 İyun 2026    
İsrail Müdafiə Ordusu Livanın cənubunda, sərhəddən təxminən 10 km (6 mil) aralıda yerləşən Vadi Saluki üzərində "operativ nəzarət" qurub.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 7-ci zirehli tank briqadasının və "Eqoz" bölməsinin hərbi qulluqçuları operativ nəzarətin qurulması və Saluki çay hövzəsinin şimalındakı ərazinin "Hizbullah" infrastrukturundan təmizlənməsi üzrə əməliyyatı başa çatdırıblar.

"Bu əməliyyat Livanın cənubunda operativ nəzarətin gücləndirilməsi və Qalileya, Metula yaşayış məntəqələri üçün birbaşa təhlükənin aradan qaldırılması səylərinin bir hissəsidir", - bəyanatda bildirilib.

İsrail Müdafiə Ordusu iddia edir ki, "Hizbullah" qruplaşması Saluki yaxınlığındakı ərazidə partlayıcılı dronların buraxılması və bu rayonda fəaliyyət göstərən İsrail qoşunlarının raket atəşinə tutulması üçün infrastruktur yerləşdirir.

Qeyd olunub ki, əməliyyat zamanı quru qoşunları və İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın yüzlərlə obyektini məhv edib, həmçinin qruplaşmanın 50-dən çox üzvünü zərərsizləşdirib. Bundan əlavə, silahlar, o cümlədən tank əleyhinə raketlər və partlayıcı maddələr müsadirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin