Yunanıstan və Cənubi Kipr Şərqi Aralıq dənizində birgə təlim keçirib

2026/06/Ekran-1781195865.jpg
Oxunub: 194     20:37     11 İyun 2026    
Yunanıstan və Cənubi Kiprin hərbi dəniz qüvvələri NIKITIS-DIMITRA 2026 təlimi çərçivəsində Şərqi Aralıq dənizində birgə fəaliyyətlər icra edib.

Ordu.az xəbər verir ki, təlimlər Larnaka və Limasol sahilləri yaxınlığında keçirilib.

DNPN/02-2026 kod adı altında təşkil olunan fəaliyyətlərdə GKRY-yə məxsus PATH IOANNIDIS patrul gəmisi və Yunanıstan Hərbi Dəniz Qüvvələrinin ELLI freqatı iştirak edib.

Cənubi Kipr Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər real vaxt şəraitində iki donanma arasında koordinasiyanın yoxlanılması məqsədilə həyata keçirilib. Ssenarilərə taktiki manevrlər, koordinasiyalı gəmi hərəkətləri, texniki hazırlıq və rabitə məşqləri daxil edilib.

Bildirilib ki, təlim zamanı döyüş sursatlarından istifadə edilməyib. Tədbirin əsas məqsədi iki qüvvə arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması və dəniz əməliyyatlarının icrası sahəsində təcrübənin genişləndirilməsi olub.

Məlumata görə, təlimlərin gedişini Milli Qvardiya Ordusunun komandanı general-leytenant Emmanuel Teodoru dənizdə müşahidə edib. Təlim başa çatdıqdan sonra o, hər iki gəminin heyətini peşəkarlıq və yüksək koordinasiya nümayiş etdirdiklərinə görə təbrik edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Cənubi-Kipr  


Bizi "telegram"da izləyin