Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ tərəfinin əlində artıq İranla razılaşmanın hazır mətn variantı olub. Lakin Vaşinqton diplomatik prosesi davam etdirmək əvəzinə hərbi əməliyyatlara keçmək qərarı verib.
Danışıqlar iştirakçısı bildirib ki, Trampın əlində artıq yekun razılaşma mətni var idi və yenilənmiş təklifin İranın baş danışıqlarçısı, parlament sədri Məhəmməd Baqir Qalibafa təqdim edilməsi planlaşdırılırdı.
Onun sözlərinə görə, bunun əvəzinə ABŞ tərəfindən hərbi əməliyyatların həyata keçirilməsi danışıqlar prosesinə ciddi zərbə vurub və tərəflər arasında razılığın əldə olunmasını daha da çətinləşdirib.
Mənbə hesab edir ki, bu addım diplomatik səylərin zəifləməsinə və müzakirələrin gələcək perspektivlərinin qeyri-müəyyənləşməsinə səbəb olub.
Sevinc Əliyeva
Ordu.az