Quzeyxırman və Güneyxırman kənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib

2026/06/1780904236.jpg
Oxunub: 197     11:20     08 İyun 2026    
Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə qayıdan ailələr arasında sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı tədbir keçirilib.

Bu barədə Ordu.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur.

Azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilib.

Vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslər üçün üç il müddətində qüvvədə olacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quzeyxırman   Güneyxırman  


Bizi "telegram"da izləyin