Ukrayna Rusiyanın cənubunda ən böyük neft bazalarından birinə zərbə endirib

2026/05/1779355395.jpg
Oxunub: 234     09:31     08 İyun 2026    
Ukrayna Rusiyanın Krasnodar diyarında yerləşən "Qruşovaya" neft bazasına hücum edib, nəticədə obyektin ərazisində yanğın baş verib.

Ordu.az "Unian"a istinadən xəbər verir ki, Novorossiyskdəki "Şesxaris" kompleksinin tərkibinə daxil olan "Qruşovaya" neft bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Yerli sakinlərin məlumatına görə, gecə şəhər ərazisində onlarla partlayış səsi eşidilib, bundan sonra obyektin ərazisində yanğın başlayıb.

OSINT analitiklərinin məlumatına əsasən, yanğın "Qruşovaya" ("Qruşovaya balka") sənaye meydançasında baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin