Niderland erməni istehsalçıları üçün ən böyük gül birjası olan “Royal Flora Holland”ı açır

2026/06/1780895280.jpg
Oxunub: 239     09:07     08 İyun 2026    
Niderlandın xarici işlər naziri Tom Berendsen bildirib ki, Niderland Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin təqdim etdiyi Avropa İttifaqının yardım paketini dəstəkləyir və zərər çəkmiş sahələrə, o cümlədən Ermənistanın gülçülük sektoruna praktiki dəstək göstərilməsi imkanlarını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, nazir bu təşəbbüs nəticəsində ən böyük gül birjası olan “Royal Flora Holland”ın bazarını erməni gül istehsalçılarının üzünə açdığını bildirib.

Məlumata görə, bu addım erməni istehsalçılarına Avropanın bütün ölkələrində və onun hüdudlarından kənarda fəaliyyət göstərən alıcılara çıxış imkanı verəcək.

“Niderland Avropa İttifaqının yardım paketini dəstəkləyir və Ermənistanın gülçülük sahəsi kimi zərər çəkmiş sektorları dəstəkləməyin praktiki yollarını axtarır. Nəticədə “Royal Flora Holland” bazarını erməni gül istehsalçılarının üzünə açır və onları Avropanın hər yerində, eləcə də onun hüdudlarından kənarda olan alıcılarla əlaqələndirir”, - Berendsen bildirib.

Onun sözlərinə görə, Niderland həmçinin azad və ədalətli seçkilərin əhəmiyyətini vurğulayır və bunu Ermənistanın özünün müəyyən etməli olduğu sabit demokratik gələcəyin əsası hesab edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ermənistan  


Bizi "telegram"da izləyin