Pakistan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində 27 terrorçunu öldürüb

2020/04/20271-1586587638.jpg
Oxunub: 234     08:50     08 İyun 2026    
Pakistan təhlükəsizlik qüvvələri son üç gün ərzində ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində 27 yaraqlını öldürüb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Şimali Vəziristan rayonunda qadağan olunmuş Fitnə əl-Xəvaric qruplaşmasına qarşı bir sıra antiterror əməliyyatları həyata keçirilib.

Öldürülən terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə hücumlarda iştirak ediblər. Onların üzərindən silah və sursat tapılıb.

Vurğulanıb ki, Pakistan təhlükəsizlik qüvvələri 2025-ci ildə 2597 yaraqlını öldürüb. Bu dövrdə Pakistanda 1235 nəfərin ölümünə səbəb olan 5397 terror aktı qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Təhlükəsizlik-qüvvələri  


Bizi "telegram"da izləyin