İran ABŞ gəmilərini atəşə tutub

2026/05/1778995929.jpg
Oxunub: 244     17:14     05 İyun 2026    
İran Oman dənizində ABŞ-nin hərbi gəmilərinə raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.

Ordu.az xəbər verir ki, bu haqda “Təsnim” agentliyi İran ordusunun bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, “Qadir” raketləri və yeni nəsil pilotsuz uçuş aparatları xəbərdarlıq məqsədilə ABŞ-nin “DDG-103” və “DDG-87” esminesləri istiqamətində buraxılıb.

Bəyanata əsasən, bundan sonra həmin esmineslər Hind okeanı istiqamətinə çəkiliblər.

Bundan əlavə, ABŞ-yə məxsus Tripoli universal desant gəmisi də Oman dənizinin sularını tərk edib.

İran ordusu xəbərdarlıq edib ki, ABŞ tərəfindən "dəniz quldurluğu"nun davam etdirilməsi halında gələcəkdə daha uzaqmənzilli raketlərdən istifadə oluna bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Gəmi  


Bizi "telegram"da izləyin