İran və Pakistanın daxili işlər nazirləri Bişkekdə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

2026/06/1780660869.jpg
Oxunub: 168     15:49     05 İyun 2026    
Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin iclası çərçivəsində İran və Pakistan nümayəndə heyətləri arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, İranın daxili işlər naziri İskəndər Mömini ŞƏT-ə üzv ölkələrin daxili işlər nazirlərinin toplantısında iştirak etmək üçün Bişkekə gələn pakistanlı həmkarı Seyid Möhsin Rza Nəqvi ilə görüşüb.

Dostluq və konstruktiv atmosferdə keçən danışıqlar zamanı tərəflər regiondakı vəziyyəti, təhlükəsizlik məsələlərini, transmilli təhdidlərə qarşı mübarizəni, terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlığı ətraflı müzakirə ediblər.

Görüşdə regional əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.

Nazirlər İran və Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Tərəflər qeyd ediblər ki, müntəzəm siyasi dialoq və praktiki əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir və Cənubi Asiya ilə Mərkəzi Asiyada sülhün və sabit inkişafın möhkəmlənməsinə xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan  


Bizi "telegram"da izləyin