Monqolustan Prezidenti Prezident İlham Əliyevi təbrik edib

2025/09/1758465392.jpg
Oxunub: 173     16:21     05 İyun 2026    
Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Ordu.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Məmnuniyyətlə qeyd edirəm ki, Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə, ortaq tarixi, mədəni dəyərlərə əsaslanan ənənəvi dostluq münasibətləri və əməkdaşlıq birgə səylərimizlə genişlənməkdə davam edir.

Zati-aliləri, ölkələrimiz arasındakı münasibətləri əhəmiyyətli iqtisadi əməkdaşlıqla daha da dərinləşdirmək, uzunmüddətli inkişaf siyasətimizdə müəyyən edilmiş prioritet sahələr çərçivəsində əlaqələri genişləndirmək, həmçinin hərtərəfli davamlı inkişafın təşviqində beynəlxalq birliyin səylərinə birgə töhfələr vermək üçün Sizinlə hər zaman işləməyə hazıram.

Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı, rifah, dost Azərbaycan xalqına isə firavanlıq arzulayıram".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monqolustan   Azərbaycan  


Bizi "telegram"da izləyin