Rumen Radev Azərbaycana yenidən səfər etmək niyyətindədir

2024/05/17151-1715165513.jpg
Oxunub: 185     14:52     05 İyun 2026    
Bolqarıstanın Baş naziri Rumen Radev yenidən Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə "Report"un Balkan bürosuna Radev Tivatda açıqlama verib.

"Ölkənizə səfər etmək üçün çalışacağam. Azərbaycan getmək istədiyim ən yaxşı yerlərdən biridir. Sizin gözəl ölkəniz var, burada çoxlu dostlar var və bolqarlar Azərbaycanda işləyərək iqtisadiyyata və idmanın inkişafına töhfə verirlər. Yenidən getmək istərdim. Azərbaycan bizim üçün dost ölkədir", - o qeyd edib.

Baş nazir vurğulayıb ki, Sofiya Bakı ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır:

"Azərbaycanla münasibətlərimizin dərinləşməsinə çox şadıq. Sizi əmin edə bilərəm ki, bugünkü iclasın (Avropa İttifaqı (Aİ) və Qərbi Balkan ölkələrinin Tivatdakı Zirvə toplantısı - red.) qərarları da Azərbaycanla münasibətlərin inkişafını əks etdirəcək. Bolqarıstan Aİ və Azərbaycan arasında münasibətlərin gələcək inkişafının fəal tərəfdarıdır".

Radev həmçinin energetika sahəsində əməkdaşlığa toxunaraq əlavə edib ki, Bolqarıstan Azərbaycandan sabit təbii qaz tədarükünü yüksək qiymətləndirir.

"Bu razılaşma çox yaxşı işləyir. Bundan başqa, Azərbaycandan Gürcüstan və Türkiyədan, Bolqarıstandan keçməklə "yaşıl enerji dəhlizi"nin reallaşmasını gözləyirik. Biz bu layihə üzərində fəal işləyirik. Mən həmçinin Bolqarıstanın yaxşı dostu olan Prezident İlham Əliyevlə məzmunlu müzakirələr apardım. Ümid edirəm ki, biz birlikdə bu layihənin reallaşmasını görəcəyik", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Radev   Azərbaycan  


Bizi "telegram"da izləyin