Kreml Ruttenin NATO-nun baş katibi postuna seçilməsinə münasibət bildirib

2023/03/Kreml-1679050889.jpg
Oxunub: 161     14:15     26 İyun 2024    
Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun Baş katibi postuna seçilməsi çətin ki, alyansın Rusiyaya qarşı düşmənçilik xəttini dəyişsin.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Çətin ki, bu seçim NATO-nun və Atlantik Alyansının üzvlərinin ümumi xəttində nəyisə dəyişsin. Alyans, Rusiya Federasiyasının strateji sıxışdırılması məqsədi güdür. Hazırda bu, bizim üçün düşmən ittifaqıdır”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rutte  


Bizi "telegram"da izləyin