ASELSAN NATO-nun təliminə oyun dəyişdirici komanda və idarəetmə sistemləri ilə qatılıb

2024/06/2024--1719558604.jpg
Oxunub: 230     16:45     28 İyun 2024    
ASELSAN NATO-nun 2024 CWIX təliminə oyun dəyişdirici komanda və idarəetmə sistemləri ilə qatılıb.

Ordu.az xəbər verir ki, 3-21 iyun tarixlərində Polşanın Bıdqoş şəhərində keçirilən təlimdə NATO-nun komanda-nəzarət imkanları uğurla sınaqdan keçirilib.

NATO-nun komanda-nəzarət imkanlarının uğurla sınaqdan keçirildiyi bu tədbirdə ASELSAN NATO üzvü olan ölkələrin sistemlərinə rəhbərlik edərək, mühüm töhfə verib.

ASELSAN 27 NATO üzvü və 2 ortaq ölkənin qatıldığı genişmiqyaslı CWIX 2024 təliminə HERİKKS Hava Hücumundan Müdafiə Erkən Xəbərdarlıq və Komanda-Nəzarət Sistemi, fərqli radarların bir-biri ilə inteqrasiya olunmuş şəkildə işləyə bilməsini təmin edən RADNET-II Radar Şəbəkə İdarəetmə Sistemi (HAKİM-RAD) və KOCATEPE Döyüş Meydanı İdarəetmə Sistemi ilə qatılıb.

Bu fəaliyyət ASELSAN-ın hazırkı, yaxın və uzaq gələcəkdəki imkanlarını sınaqdan keçirmək və milli sistemlərinin eksperimental imkanlarını araşdırmaq imkanı verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   NATO  


Bizi "telegram"da izləyin