Ukrayna hər il 60 milyard dollar hərbi dəstək alacaq

2024/06/4e60b-1719580201.jpg
Oxunub: 213     16:48     28 İyun 2024    
Ukrayna artıq tərəfdaş ölkələrlə 20 təhlükəsizlik sazişi imzalayıb. Bu müqavilələrə əsasən, ölkə hər il hərbi dəstək olaraq 60 milyard ABŞ dolları alacaq.

Ordu.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Baş nazir Denis Şmıqal hökumətin iclasında deyib.

“Sülh təşəbbüslərimizlə paralel olaraq biz tərəfdaşlarla əməkdaşlığı möhkəmləndiririk, çünki qələbəmizi yalnız güclü koalisiya təmin edə bilər. Ukrayna artıq Avropa İttifaqı və ABŞ də daxil olmaqla müttəfiqləri ilə 20 təhlükəsizlik sazişi imzalayıb”, - o bildirib.

D.Şmıqal əlavə edib ki, təhlükəsizlik sazişlərinin imzalanması Ukrayna üçün müdafiə sektorunda əməkdaşlıq üçün yeni imkanlar açan və sülh dövründə gələcək təhlükəsizliyin əsasını təşkil edən unikal hekayədir: “Bu razılaşmalara əsasən, növbəti dörd il ərzində tərəfdaşlarımız Ukraynaya hər il 60 milyard dollarlıq ümumi hərbi dəstək verməyi planlaşdırırlar”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Hərbi-dəstək  


Bizi "telegram"da izləyin