“Hraparak”: Paşinyan “Freedom House”un hesabatları ilə barışır?

2024/06/B75I5-1719560455.jpg
Oxunub: 225     16:38     28 İyun 2024    
“Aprelin 15-də özünü “Freedom House” beynəlxalq təşkilatının limanı yerinə qoymuş hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının lideri Artur Hovhannisyan yəqin təsəvvür etmirdi ki, hökumət ictimai təşkilatları hay-küy salacaqlar, 2 aydan sonra Nikol Paşinyan hüquq müdafiəsi təşkilatının nümayəndələrini qəbul edəcək, onun dediklərini düzəltməyə çalışacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, “Freedom House” təşkilatının Ermənistanın demokratiyadan geri çəkildiyi barədə hesabatına cavab olaraq Ermənistanın hakim partiyasının üzvü bildirib: “Freedom House” Ermənistanın demokratik olub-olmamasına qərar vermir.”

Müəllif vurğulayıb ki, Hovhannisyanın rəhbəri Paşinyan ötən gün təşkilat nümayəndələrinə bunun tam əksini deyib: “Freedom House”un hesabatları islahatların təşviqində hökumətə mühüm təkan verir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nikol-Paşinyan   Freedom-House   Ermənistan  


Bizi "telegram"da izləyin