Rusiyanın bayquş formalı dronu şimaldakı tankları “ovlayacaq”

2018/10/LANQH-1540890910.jpg
Oxunub: 3999     13:13     30 Oktyabr 2018    
Rusiyanın Zukovski-Qaqarin Hava Qüvvələri Akademiyası şahin formalı drondan sonra bu dəfə də bayquş formalı dron hazırlayıb.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, elektrik matoru ilə işləyən bu dron səssiz uçur və hədəfi müəyyən etmək üçün lazer cihazından istifadə edir.

Dronun nəzərdə tutulan funksiyası heyvan fiquru pərdəsi altında tankları, nəqliyyat vasitələrini, ağır texnikanı izləmək və atəş açmaqdır.

Qeyd edək ki, bu cür heyvan fiqurlu dronlar hazırlamaq daha asan və ucuz başa gəldiyi, o cümlədən uzun məsafələrə atəş aça bildiyi üçün gələcəyin əhəmiyyətli hərbi qurğularından olacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Dron  


Bizi "telegram"da izləyin