Tramp debatda Baydeni ələ salıb

2024/06/667e1-1719551751.jpg
Oxunub: 163     06:24     28 İyun 2024    
Sabiq ABŞ prezidenti Donald Tramp debat zamanı hazırki prezidenti Co Baydenin çıxışını ələ salıb.

Ordu.az xəbər verir ki, miqrasiya ilə bağlı çıxışının sonunda Ağ Evin hazırkı rəhbərinin dili topuq vurub və o cümləsini tutarlı şəkildə tamamlaya bilməyib.

Tramp isə fürsətdən istifadə edərək rəqibini başa düşməyin mümkün olmadığını bildirib.

“Düzünü desəm, onun çıxışının sonunda nə dediyini bilmirəm. Düşünürəm ki, o, nə dediyini bilmir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp əvvəllər Baydeni cinayətkar adlandırmışdı. Trampın fikrincə, Bayden prezidentlikdən gedən kimi mühakimə olunmalıdır. Bundan əlavə, Tramp insanlara Baydenin oğlu Hunterin məhkəmə prosesini xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Bayden  


Bizi "telegram"da izləyin