Fransa radioelektron mübarizədə sıçrayış etməyi hədəfləyir

2024/06/2024--1719474164.jpg
Oxunub: 150     12:42     28 İyun 2024    
“Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) bu il ilk kütləvi istehsal edilən kvant texnologiyası sensorunu, dəniz dibinin xəritəsini çıxarmaq üçün istifadə edilən kvant qravimetrini təhvil alıb”.

Ordu.az xəbər verir ki, bunu Fransanın müdafiə innovasiyaları agentliyi AID-in rəhbəri Patrik Ofort deyib.

Onun sözlərinə görə, agentlik “Thales” şirkəti ilə radioelektron mübarizə üçün elektromaqnit spektrinin geniş sahəsini izləməyə imkan verəcək kvant sensorları üzərində işləyir.

Ofort bildirib ki, bu sensorlar yaxın 5 il ərzində istifadəyə hazır olacaq.

Qeyd edək ki, Fransa 2022-ci ildə yeni hesablama, kommunikasiya və qavrayış formalarını yaratmaq məqsədilə kvant fizikasının qanunlarından istifadə edən sürətlə inkişaf edən sahə olan kvant texnologiyalarını inkişaf etdirmək üçün 1,8 milyard avro ayırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   HDQ   AID  


Bizi "telegram"da izləyin