ABŞ müdafiə sənayesi, istehsal “partlayışı”na baxmayaraq, qeyri-müəyyənliklə üzləşir

2024/06/2024--1719473719.jpg
Oxunub: 172     11:34     28 İyun 2024    
ABŞ-nin müdafiə sənayesi Ukrayna, İsrail və Tayvana böyük yardım paketləri sayəsində sursat “partlayışı”nın dadını çıxarır və illərlə azalan tələbdən sonra artan sifarişləri daha yaxşı yerinə yetirə bilir.

Ordu.az xəbər verir ki, 3 ölkə üçün hazırlanan yardım paketləri ilə ABŞ-nin 5 ən böyük müdafiə qrupu olan “Lockheed Martin”, RTX, “Northrop Grumman”, “Boeing”, “General Dynamics” və onların tədarükçülərinin silah istehsalını artırmaq üçün təxminən 13 milyard dollar ayrılıb.

Lakin maliyyələşmənin artmasına baxmayaraq, müdafiə ekspertləri xəbərdarlıq edirlər ki, gələcək müqavilələrlə bağlı qeyri-müəyyənlik Birləşmiş Ştatların və ya onun müttəfiqlərinin Silahlı Qüvvələrini təmin etmək üçün lazım olan davamlı, uzunmüddətli artıma zəmanət vermir.

Ukraynadakı müharibə qlobal silah tələbini stimullaşdırıb, Qərb ölkələri öz ehtiyatlarını Kiyevə bağışlayıb, öz müdafiələrini gücləndirmək və ehtiyatlarını artırmaq üçün hərəkətə keçiblər.

ABŞ-nin Ukrayna ilə bağlı qanun layihəsində artilleriya, hava hücumundan müdafiə sursatları, antidron sistemləri və mühüm döyüş sursatlarının komponentlərinin inkişaf etdirilməsi və istehsalının genişləndirilməsinə 5,4 milyard dollar ayrılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   İsrail   Tayvan  


Bizi "telegram"da izləyin