Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib - FOTOLAR

2024/06/5946d-1719470532.jpg
Oxunub: 176     10:26     27 İyun 2024    
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümünə həsr olunmuş voleybol üzrə birincilik keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər qalib komandaları təbrik edib, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu kimi yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümünə həsr olunan yarışda 10 komanda mübarizə aparıb.

Sonda qalib komandalara kubok və medallar təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   MN   Voleybol  


Bizi "telegram"da izləyin