Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

2024/06/1719564096.jpg
Oxunub: 128     12:39     28 İyun 2024    
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Ordu.az-ın xəbərinə görə, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Toplantıda 15 məsələ müzakirə olunub.

Əksəriyyəti üçüncü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyunda qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib.

Spiker Sahibə Qafarova çıxışının sonunda həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib.

Sədr parlamentin növbədənkənar sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis.İclas  


Bizi "telegram"da izləyin