Quterreş: "BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq"

2024/03/1711170231.jpg
Oxunub: 244     20:45     27 İyun 2024    
BMT-də veto hüququ mexanizmi heç bir halda aradan qalxmayacaq.

Ordu.az xəbər verir ki, bunu TASS-a müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Veto mexanizmi heç bir halda aradan qalxmayacaq, ancaq Təhlükəsizlik Şurası ilə Baş Assambleya arasında münasibətlərdə müəyyən irəliləyiş var”, - o bildirib.

A.Quterreş qeyd edib ki, veto qoyarkən Baş Assambleya Təhlükəsizlik Şurasından izahat alır: "Hesab edirəm ki, Şuranın iş metodlarının təkmilləşdirilə bilən aspektləri var. Bundan əlavə, onun effektivliyini artırmaq və legitimliyini gücləndirmək vacibdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   BMT  


Bizi "telegram"da izləyin