Finlandiya Ukraynaya 159 mln. avro dəyərində hərbi yardım göndərəcək

2024/06/1719564046.jpg
Oxunub: 118     12:27     28 İyun 2024    
Finlandiya Ukraynaya 159 milyon avro dəyərində sayca 24-cü hərbi yardım paketi göndərəcək.

Ordu.az-ın “mint” bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bununla da Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdən ölkəsinin rəsmi Kiyevə göstərdiyi dəstəyin həcmi 2,2 milyard avroya çatacaq.

Ölkənin müdafiə naziri Antti Kaikonnen yayılan məlumatları təsdiqləyib. Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən yardımın göndəriləcəyi tarix açıqlanmayacaq:

“Biz yardım paketinə hansı növ hərbi təyinatlı vasitələrin daxil olacağını da elan etməyəcəyik. Lakin onu deyə bilərəm ki, ölkəmiz Almaniya, İtaliya, Estoniya və Lüksemburq kimi dövlətlərin iştirakçısı olduğu proqrama qoşulub. Bu proqram çərçivəsində Ukraynaya zirehli texnikanın göndərilməsi də təmin olunacaq” - Finlandiyalı nazir belə deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Kiyev  


Bizi "telegram"da izləyin