ABŞ və İsrail Ukraynaya "Patriot" sistemlərinin tədarükü məsələsini müzakirə edirlər

2024/06/2024--1718872525.jpg
Oxunub: 139     01:28     28 İyun 2024    
ABŞ, İsrail və Ukrayna Kiyevə səkkizədək İsrailin "Patriot" hava hücumundan müdafiə sisteminin mümkün tədarükü ilə bağlı danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə "The Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Ehtimal olunur ki, komplekslər əvvəlcə İsrail tərəfindən ABŞ-yə ötürüləcək və yalnız bundan sonra Ukraynanın sərəncamına veriləcək. Qəzet qeyd edib ki, hazırda sövdələşmə hələ yekunlaşmayıb.

Nəşrə görə, belə bir addım İsrailin Rusiya ilə münasibətlərə yanaşmasında dəyişikliyin işartısı olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Ukrayna  


Bizi "telegram"da izləyin