Rumıniya “Quantum Systems”dən qabaqcıl “Vector” PUA-ları sifariş edib

2024/06/kesef-1719474583.jpg
Oxunub: 141     12:19     28 İyun 2024    
Rumıniya Müdafiə Nazirliyi Almaniyanın “Quantum Systems” şirkətindən qabaqcıl “Vector” Pilotsuz Uçuş Aparatları (PUA) sifariş etdiklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, nə qədər PUA sifariş edildiyi açıqlanmasa da, sifarişlərin 36 ay müddətində Rumıniya Silahlı Qüvvələrinə çatdırılacağı bildirilib.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, 19,67 milyon dollarlıq sifariş Rumıniya ordusunun imkanlarını artırmaq məqsədi daşıyır və regionda bir sıra əməliyyatlarda istifadə olunacağı gözlənilir.

Rumıniya Müdafiə Nazirliyi “Vector” PUA-larının “üstün mənzil, uçuş avtonomluğu, sensor keyfiyyəti və möhkəm zəmanət şərtləri, həmçinin rəqabətədavamlı qiymət strukturu” səbəbindən seçildiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   QuantumSystems   Vector  


Bizi "telegram"da izləyin