BMT-də Qırmızı dənizdə gəmilərə hücumların araşdırılmasını tələb edən qətnamə qəbul olunub

2024/05/1716870323.jpg
Oxunub: 238     19:45     27 İyun 2024    
BMT Təhlükəsizlik Şurasında Yəmənin husi qiyamçılarının Qırmızı dənizdə gəmilərə hücumlarının araşdırılmasını tələb edən qətnamə layihəsi qəbul olunub.

Ordu.az xəbər verir ki, qanun layihəsi 12 lehinə və 3 bitərəf səslə qəbul edilib.

Qətnamədə BMT Baş katibindən 2025-ci il yanvarın 15-dək Qırmızı dənizdə husi hücumları barədə məlumat verməyə davam etməsi tələb olunur. Baş katibin hesabatı 2024-cü il iyulun 1-də başa çatmalı idi.

Qeyd edək ki, Yəmənin husi qiyamçıları dekabr ayından Qırmızı dənizdə gəmilərə hücum edir. Onların fikrincə, bu hücumlar fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Üsyançılar İsrail Qəzza zolağında döyüşləri dayandırana qədər hücumları davam etdirəcəkləri ilə hədələyirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qətnamə  


Bizi "telegram"da izləyin