Avropa İttifaqının 4 ölkəsi Rusiya və Belarus sərhədində müdafiə səddi çəkmək istəyir

2024/06/667df-1719551577.jpg
Oxunub: 168     09:18     28 İyun 2024    
Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqından Rusiya və Belarus sərhədində 700 kilometrlik müdafiə səddi çəkməyi xahiş ediblər.

Ordu.az xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Aİ üzvü olan ölkələrin liderləri, Aİ Komissiyasının sədri Ursula Von der Leyen və Avropa İttifaqının prezidenti Şarl Mişelə sərhədlərinin hərbi və mülki müdafiəsinə yönəlmiş müdafiə səddi ilə bağlı məktub göndərib.

Litvanın Prezidenti Gitanas Nauseda, Polşanın Baş naziri Donald Tusk, Estoniyanın Baş naziri Kaya Kallas və Latviyanın Baş naziri Evika Silina tərəfindən imzalanan məktubda müvafiq ölkələrin Rusiya və Belarusla sərhəd boyunca 700 kilometrlik müdafiə səddinin çəkilməsi tələbi irəli sürülüb.

Layihənin təxminən 2,67 milyard dollara başa gələcəyi ehtimal olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   Belarus  


Bizi "telegram"da izləyin