BCM Netanyahu və Qallantla bağlı qərarı təxirə salıb

2024/06/1719560215.jpg
Oxunub: 155     11:28     28 İyun 2024    
Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsi barədə qərarını təxirə salıb.

Ordu.az-ın “The Jerusalem Post” nəşrinə istinadən xəbərinə görə, bu barədə qərar qurumun sonuncu iclasında elan edilib.

Qeyd edək ki, Beynəxalq Cinayət Məhkəməsinin prokuroru yuxarıda adları çəkilən şəxslərin Qəzza bölgəsində baş verən hadisələrə bilavasitə aidiyyəti olduğunu əsas gətirərək məhkəmə heyəti qarşısında bu şəxslərin həbsinə dair iddia qaldırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BCM   Netanyahu   Qallant  


Bizi "telegram"da izləyin