Ölmüş erməni hərbi qulluqçunun anası: “Əgər Qarabağ Azərbaycanın idisə, niyə mənim uşağımı aparıb məhv etdilər?”

2024/06/enlar-1718953173.jpg
Oxunub: 6867     14:57     21 İyun 2024    
Dinc şəraitdə ölmüş erməni hərbi qulluqçuların valideynləri Ermənistan hökumətinin binasına gələrək, hüquq-mühafizə orqanlarının əməkdaşlarından oğullarının qətli hallarının üstünü açmağı tələb ediblər.

Ordu.az xəbər verir ki, Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan valideynlərə yaxınlaşıb.

Ölmüş erməni hərbi qulluqçu Valeri Muradyanın anası Nana Muradyan nazirə bildirib ki, Ermənistanın baş prokuroru Anna Vardapetyan onlara yalan danışıb.

“Baş nazir Nikol Paşinyan oğullarımızın işi üçün 6 vəkildən ibarət komissiya yaradıb. Anna Vardapetyan da qrupda idi, baş prokuror təyin olunanda bunların qətllər olduğunu dedi, bizə söz verdi ki, rəsmi versiyaların heç biri reallığa uyğun gəlmir. O, işlərin mütləq yenidən təsnifləşdiriləcəyini və maddələrin dəyişdiriləcəyini bildirib, heç nə etməyib, vədinə əməl etməyib. Baş prokuror yalan danışır. O vaxt ağlayırdı, inanmırdı, amma indi nə özü, nə də Paşinyan qəbul edir. Övladlarımızın günahkarları cəzalandırılmayana qədər sakitləşməyəcəyik. Deyirlər ki, bütün maddi sübutlar götürülüb, hadisə yeri götürülüb, bəs indi nəyi araşdırırlar? Əgər qətlin baş verdiyinə əminsənsə, niyə yerində oturmusan? Bu cinayət işlərinin həllini verin, gedək yas tutaq. Əgər Qarabağ Azərbaycanın idisə, niyə mənim uşağımı aparıb məhv etdilər?”, - deyə Nana Muradyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hökumət  


Bizi "telegram"da izləyin