Rusiya MN: Qara dənizdə ABŞ-yə aid PUA-ların uçuşu toqquşma riskini artırır

2024/06/16406-1719561613.jpg
Oxunub: 153     11:58     28 İyun 2024    
ABŞ-yə məxsus strateji pilotsuz uçuş aparatlarının Qara dəniz üzərindən uçuşu NATO ilə Rusiya arasında havada birbaşa toqquşma riskini artırır.

Ordu.az-ın TASS-a istinasən xəbərinə görə, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda son günlər ABŞ-nin hərbi arsenalına aid analoji uçuş vasitələrinin sözü gedən akvatoriyadan intensiv manevrlərinin müşahidə olunduğu qeyd edilib:

"Bu addım həm ABŞ, həm də NATO-nun Ukraynadakı münaqişədə hakimiyyəti dəstəkləyən tərəf olaraq iştirakını getdikcə daha da artırdığını göstərir. Analoji uçuşlar Rusiya Hərbi Kosmik Qüvvələri ilə hava məkanı üzərində toqquşma riskini daha da artırır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qara-dəniz   ABŞ   PUA  


Bizi "telegram"da izləyin