Almaniya Ermənistan Müdafiə Nazirliyinə 16 ədəd qar nəqliyyat vasitəsi təqdim edib

2026/06/1781706029.jpg
Oxunub: 182     18:18     17 İyun 2026    
Ermənistan Müdafiə Nazirliyində Almaniyanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Klaudiya Buş ilə görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 17-də nazirliyin inzibati kompleksində müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Almaniyanın Ermənistandakı səfiri Klaudiya Buşu qəbul edib.

Səfər çərçivəsində səfir Almaniya Federal Hökuməti adından Ermənistan Müdafiə Nazirliyinə Silahlı Qüvvələrin texniki imkanlarının modernləşdirilməsi və qabiliyyətlərinin artırılması məqsədilə 16 ədəd qar nəqliyyat vasitəsi təqdim edib.

Qeyd olunub ki, təqdim edilən qar nəqliyyat vasitələri yüksək dağlıq ərazilərdə şəxsi heyətin və kiçik həcmli yüklərin daşınması üçün istifadə olunacaq.

Hazırda Almaniyadan gəlmiş mütəxəssislərin iştirakı ilə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti bu texnikanın istismarı üzrə təlim keçir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ermənistan  


Bizi "telegram"da izləyin