Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi növbəti seçki rüşvəti faktlarını üzə çıxarıb

2026/06/1781685741.jpg
Oxunub: 243     12:38     17 İyun 2026    
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması ilə bağlı növbəti faktları aşkar edib.

Ordu.az xəbər verir ki, bu barədə komitənin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, komitə əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində “Çiçəklənən Ermənistan” partiyasının nümayəndələrinin parlament seçkilərində öz partiyalarının lehinə səs verilməsi və tərəfdarların cəlb olunması müqabilində Lori vilayətinin Spitak icmasının Qoqaran yaşayış məntəqəsində və ətraf ərazilərdə yaşayan bir sıra seçicilərə seçki rüşvəti vermələri barədə faktiki məlumatlar əldə edilib.

Faktla bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi başlanıb. Bir neçə nəfər saxlanılıb və istintaq çərçivəsində müvafiq prosessual tədbirlər həyata keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin